Gürcülər deyirlər ki, Turqay Mikayılovun tezliklə azadlığa buraxılması üçün çalışırlar
Tarix: 11-08-2015, 14:54 | Çap et
Gürcülər deyirlər ki,  Turqay Mikayılovun tezliklə azadlığa buraxılması üçün çalışırlar
“Gürcüstan hökuməti məsələdən xəbərdardır. Turqay Mikayılovun azadlığa buraxılması üçün tərəfimizdən bütün lazımi işlər görülüb”.

Bunu APA-ya açıqlamasında Gürcüstanın Azərbaycandakı səfirliyinin sözçüsü Kaxa Abdiladze yolu azaraq Ermənistan ərazisinə keçən və orada erməni sərhədçiləri tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Turqay Mikayılovla bağlı məsələyə toxunarkən deyib.

K. Abdilazenin sözlərinə görə, Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq Departamenti və Gürcüstanın Ermənistandakı səfirliyi də məsələdən xəbərdardır. O qeyd edib ki, bu qurumlar da T. Mikayılovun tezliklə azadlığa buraxılması üçün çalışır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net