Ceb Buş Hillari Klintonu İŞİD-ə görə ittiham etdi
Tarix: 11-08-2015, 14:00 |
Çap et
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədliyini irəli sürən Ceb Buş Obama hakimiyyətini İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının meydana gəlməsinə görə müəyyən qədər məsuliyyət daşımaqda qınayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, onun fikrincə, İŞİD ABŞ Yaxın Şərqdən çıxanda meydana gəlib və təhlükəyə əhəmiyyət verilməyib: “Dövlət katibi Klinton harada idi?” Buşun sözlərinə görə, Klintonun üzündən onun ölkəsini və dünyanı böyük cihad təhlükəsi gözləyir.