“İki seçim arasında idim, övladımı seçdim”
Tarix: 11-08-2015, 12:33 | Çap et
“İki seçim arasında idim, övladımı seçdim”
Xalq artisti Həmidə Ömərova həyatda üzləşdiyi çətinliklərdən danışıb.

“Qafqazinfo”nun məlumatına görə, xalq artisti “Yeri gəlmişkən” verilişinə açıqlamasında etdiyi fədakarlıqlardan bəhs edib:

“Elə bir qadın yoxdur ki, həyat çətinliklə üzləşməsin və fədakarlıq etməsin. İstəklərimin üzərindən xətt çəkib borclu olduğumu düşündüyüm işi görmüşəm. Elə şeylər var ki, danışmaq olmur. İki seçim arasında qalmışdım və övladımı seçdim. Mənə dedilər ki, sənin qədrini bilməyəcəklər, niyə belə edirsən? Bu qədir məsələsi deyil, ali məqsəd üçün fədakarlıq edirsən. Çətin anda yanında olan insan az olur. Fiziki xəsarət alandan sonra ətrafımdakı insanlar azaldı. Mən gənc olan zaman aktrisa ilə ailə qurmaq istəmirdilər, atalar qızlarını aktrisa kimi görmək istəmirdi. İndi aktrisalıq dəbdədir, hər kəs şou proqramlarda görünmək istəyir. Sənət adamları üçün ailə həyatı çətindir, övladına vaxt ayıra bilmirsən. Studiyaya, çəkilişlərə gedənda oğlumu da aparırdım, ana ürəyim onu tək qoymağa razı olmurdu. Çətin də olsa, övladımla birlikdə gedirdim”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net