Türkiyə hökuməti ABŞ Baş konsulluğuna edilən hücumu araşdırır - Con Kirbi
Tarix: 11-08-2015, 12:13 |
Çap et
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin açıqlamasına görə, Türkiyə hökuməti dünən səhər saatlarında ABŞ Baş konsulluğuna edilən silahlı hücum üzrə araşdırmaları davam etdirir.
Bu barədə SalamNews-un "Anadolu" agentliyinə istinadla xəbər verir.
“ABŞ-ın İstanbuldakı Baş konsulluğunda silahlı hadisə baş verib. Türkiyə hökuməti bu hadisə üzrə araşdırmalarını davam etdirir, biz də onlarla sıx əməkdaşlıq edirik”,- deyə C.Kirbi brifinqdə silahlı insidenti şərh edərkən deyib.
Hücum edən şəxslərin DHKP-C terror təşkilatının üzvü olmaları barədə sualı cavablandırarkən Kirbi bildirib ki, istintaqı Türkiyə hökuməti aparır və bu iş üzrə səlahiyyət onlara məxsusdur.
Dövlət Departamenti nümayəndəsi qeyd edib ki, Baş konsulluq bu gün fəaliyyətini davam etdirəcək.