Azərbaycanda adlar: Maşdıbış, Qaytaran, Düşbərə…
Tarix: 11-08-2015, 10:38 |
Çap et
Azərbaycanda qeydiyyatdan keçmiş anlaşılmaz və gülüş doğuran adların bəziləri məlum olub.
Axar.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsində yaradılmış “Milyonçu” səhifəsində həmin adlar faktlarla təqdim olunub.
Siyahıda qeydiyyatdan keçmiş 16 nəfərin adı yer alıb: Məmmədova Şilləxanım, Qurbanov Dəftər, Məmmədova Türməxanım, Qurbanov Maşdıbış, Babəkov Qaytaran, Mehtiyeva Limonə, Yaqubov Şapı, Abbasov Telefon, Ağayev Arxabala, Abbasov Oktyabr, Mehdiyev Canbığı, Mərziyə Kişi qızı, Qurbanov Sənsiz, Şamxalov Verməzyar, Bəhməzov Kanal və Məmmədova Düşbərə.
Həmçinin mid.az-da bir sıra adlar yer alıb. Onların arasında Garagədəyev Sadetin Dalaverdi oğlu, Doldolov Nəsrullah Əhməulah oğlu, Verdixanov Otel Verdixan oğlunu xüsusi qeyd etmək olar. Həmin siyahı ilə BURDA tanış ola bilərsiniz http://mid.az
Qeyd edək ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycanda uşaqlara qoyulan adların siyahısını hazırlayıb.
Ədliyyə Nazirliyindən Terminologiya Komissiyasına təqdim olunan siyahıya yenidən baxış keçirilib və anlaşılmaz olan, eyni zamanda gülüş doğuran adlar siyahıdan çıxarılıb.
Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib ki, sentyabr ayında siyahı AMEA-nın Dil Komissiyasına baxış üçün veriləcək:
“Araşdırmalardan sonra Kəsdim, Vor, Cinayətkar, Şüşəbənd, Stəkan, Xiyarə, Portağal, Limonə, Ansambl və başqa adlar siyahıdan çıxarıldı. Xiyarə adı qərb bölgəsində 4-5 qıza qoyulub. Kövsarə adı nisbətən anlaşıldığı üçün onu siyahıdan çıxarmadıq”.