
Hüquq müdafiəçisinin sözlərinə görə, o, öz əməkdaşları ilə avqustun ikinci ongünlüyündə bir sıra mühüm ünvanlara baş çəkəcək. Elçin Behbudovun dediyinə görə, bu görüşlərdən ikisi daha mühüm məsələləri əhatə edir:
“Avqustun 11-də, yəni sabah şəxsən nazir Zakir Həsənovla görüşəcəyəm. Zakir müəllimlə bir sıra məsələləri, o cümlədən, insan hüquqları sahəsində bir sıra nüansları müzakirə edəcəyik. Avqustun 20-də isə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına üz tutacağıq. Bayraq meydanının keçmiş rəhbəri Rəşad Məmmədovla görüşəcəyik”.