“Depardyenin heç vecinə də deyil”
Tarix: 10-08-2015, 17:26 |
Çap et
Ukrayna Mədəniyyət Nazirliyinin qara siyahısına düşən fransız aktyor Jerar Depardyenin köməkçisi məsələyə şərh verib.
Axar.az xəbər verir ki, “Danışır Moskva” radiosunda qonaq olan köməkçi Ukraynanın qara siyahısının aktyor üçün heç bir məna kəsb etmədiyini, hətta onun vecinə də olmadığını vurğulayıb.
Xatırladaq ki, Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığı alıb. Bu ilin iyul ayında isə Ukrayna Mədəniyyət Nazirliyi aktyorun ölkəyə girişinə qadağa qoyub.