Messi və Arda azərbaycanlılarla birlikdə
Tarix: 10-08-2015, 15:59 |
Çap et
Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək UEFA Super Kubokunun açılış mərasimində minlərlə uşağın iştirakı ilə "Barselona" və "Seviliya"nın oyunçularından ibarət canlı "zəncir" formalaşdırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında yerləşdirilib.
Canlı "zəncir"də 9 ölkədən olan uşaqlar iştirak edəcək. Məlumata əsasən, burada Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Türkiyə, Ermənistan və Azərbaycandan olan uşaqlar təmsil olunacaq.
Aksiya dostluq və birliyi simvolizə edəcək. Canlı "zəncir" Con Lennonun "İmagine" mahnısının sədaları altında formalaşdırılacaq.
Qeyd edək ki, "Barselona" və "Seviliya" sabah Bakı vaxtilə saat 23:45-də qarşılaşacaq.