"Real Madrid" "Qalatasaray"a qarşı çıxdı - Qalatasaraylı azarkeşlər…
Tarix: 10-08-2015, 14:59 | Çap et
"Real Madrid" "Qalatasaray"a qarşı çıxdı - Qalatasaraylı azarkeşlər…
Real Madrid klubu, Qalatasaray ilə oynayacağı özəl qarşılaşma üçün biletləri satışa çıxarıb.

Aznews.az xəbər verir ki, Real Madrid klubu qarşılaşmanın biletlərinin satışı çıxdığını bildirən elanda önəmli səhvə yol verib.

Kral klubunun internet səhifəsində yer alan elanda Qlatasarayın üzərində 3 ulduz qeyd olunan loqosundan istifadə edilib.

Xatırladaq ki, Qalatasaray klubu Super Liqada son sezon Türkiyə çempionu olaraq loqosuna 4-cü ulduzu əlavə edib.

Bundan sonra bütün dünyadan Qalatasaraylı azarkeşlər tərfindən tənqid atəşinə tutulan İspaniya klubu rəhbərliyi, loqonu dəyişərək, 4 ulduzlusuyla əvəzləyib.

Qeyd edək ki, 18 avqusta baş tutacaq qarşılaşmanın biletləri 10, 15 və 125 avroya satışa çıxarılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net