“Ermənistan Rusiyanın tərkibinə daxil olacaq" – erməni ekspert
Tarix: 10-08-2015, 14:30 | Çap et
“Ermənistan Rusiyanın tərkibinə daxil olacaq" – erməni ekspert
“Ermənistan tezliklə Rusiyanın tərkibinə daxil olmalıdır”.

Musavat.com-un məlumatına görə, bu sözləri erməni ictimai xadimi, Strateji İnkişaf İnstitutunun baş direktoru Andranik Nikoqosyan deyib.

“2015-ci ildən Ermənistan Avrasiya İqtisadi Birliyinin tam hüquqlu üzvü olub – bu, bütün dünyaya məlumdur. Rusiyada yaşadığım və bu prosesdə fəal iştirak elədiyim üçün açıq danışacağam: bizim Belarus, Qazaxıstan və Qırğızıstanla iqtisadi inkişafımızdan danışmağa dəyməz, ancaq Rusiya ilə bu, açıq-aşkardır. Sonralar nəticə necə olacaq, bəlli deyil, amma Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri davam edəcək. Ermənistan iqtisadiyyatının inkişafının hərəkətverici qüvvəsi Rusiya kapitalıdır” – deyib erməni ekspert.

Onun fikrincə, Rusiya imperiya yaratmalı, keçmiş sovet respublikaları isə onun tərkibinə daxil olmalıdır.
“Ermənistan təhlükəli hadisələrdən kənarda qala bilməz, o, Rusiyanın tərkibinə daxil olmalıdır. Bu məsələni isə erməni xalqı özü, referendumla həll eləməlidir. Mən əminəm ki, bu birləşmə uzaqda deyil və günün birində Ermənistan Rusiyanın tərkibinə daxil olacaq - əgər Moskva buna etiraz eləməsə. O zaman Ermənistanın sərhədləri superdövlətin sərhədlərinə çevriləcək” - əlavə edib Nikoqosyan.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net