Kimin nə qədər valyuta ehtiyatı var? - MÜQAYİSƏ
Tarix: 10-08-2015, 11:43 | Çap et
Kimin nə qədər valyuta ehtiyatı var? - MÜQAYİSƏ
Təkcə bu ilin iyulunda Rusiyanın ehtiyatları 4 milyard dollar azalıb.

Hafta.az-ın verdiyi xəbərə görə, iyul ayında dünyanın bir sıra ölkələrinin valyuta ehtiyatları “buxarlanmağa” başlayıb.

Belə ki, ötən ay ərzində bir sıra ölkələrin valyuta ehtiyatının "əriməsi" müşahidə olunub. Çinin valyuta ehtiyatı 42,5 milyard dollar azalaraq 3,65 trilyon dollara düşüb. Qeyd edək ki, Pekinin ehtiyatlarında II rübdə də azalma qeydə alınmışdı. ($36,2 milyard).

Rusiyanın ehtiyatları isə ötən ay 4 milyard dollar azalaraq 357,6 milyard ABŞ dollarına enib.

Azərbaycanda Mərkəzi Bankın ehtiyatları $18,7 milyon azalıb. Hazırda valyuta ehtiyatımızın həcmi 8,5 milyard dollardır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net