
Türkiyənin Balıkəsir vilayətinin Havran ilçəsində suriyalı qaçqınları daşıyan mikroavtobus aşaraq yol kənarındakı istinad divarına çırpılıb.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 9 nəfər ölüb, 30-u yaralanıb.
İlkin məlumata görə, qəzaya səbəb mikroavtobusun sərt yoxuşu enərkən idarəetməni itirməsi olub. Qəza ilə bağlı araşdırma aparılır.