Aparıcı əri haqda: “Məni yumruqla döydü”
Tarix: 8-08-2015, 12:50 | Çap et
Aparıcı əri haqda: “Məni yumruqla döydü”
Aparıcı İkbal Gürpınar 34 yaşlı həyat yoldaşı Emre Ermiş tərəfindən döyüldüyü iddiası ilə boşanma ərizəsi yazıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı əri ilə birlikdə təqdim etdikləri “Kəbə yolları” proqramının çəkilişindən ötrü getdikləri Ümrə ziyarətində Emrenin onu yumruqla vurduğunu bildirib. Ailə qurduqdan sonra həyat yoldaşı tərəfindən qısqanıldığını deyən İkbal daha sonra ona qarşı fiziki və psixoloji şiddət göstərildiyini iddia edib.

İ.Gürpınar Kəbə ziyarəti zamanı E.Ermişin onu digər kişilərə sürtünməkdə günahlandırdığını, hətta evinə, avtomobilinə dinləmə cihazı yerləşdirdiyini söyləyib. Bu səbəbdən İkbal boşanmaqdan əlavə, Emredən 100 min lirə (təxminən 37 min manat) maddi, 500 min lirə (təxminən 188 min manat) mənəvi təzminat tələb edib. O, məhkəmə prosesinin gizli və mediaya qapalı şəkildə keçirilməsini istəyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net