Rusiya Qafqazda güc nümayişinə başladı
Tarix: 8-08-2015, 12:00 | Çap et
Rusiya Qafqazda güc nümayişinə başladı
Abxaziyada dəmiryollarının rus hərbçiləri tərəfindən təmizlənməsi sadəcə güc nümayişidir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında gürcü politoloq Mamuka Areşidze söyləyib. Onun sözlərinə görə, Rusiya Gürcüstanda olan bütün layihələri özünün maraqlarına zərbə hesab edir:

“Məncə, Gürcüstanın geosiyasi şəraitdə vəziyyəti bizdən asılı olmayan səbəblər ucbatından dəyişir. Bizim ölkə artıq qonşularımız üçün həddən artıq maraqlı olub. Rusiya hesab edir ki, bizim ölkənin ərazisində reallaşdırılan bütün proyektlər onun maraqlarına zərbə vurur. Abxaziya dəmiryollarının təmizlənməsi və ya sərhədin bilərəkdən irəli çəkilməsi kimi məsələlərin hər biri bundan qaynaqlanır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net