Müdafiə naziri: Bizim əlimiz yoxdur
Tarix: 8-08-2015, 11:37 | Çap et
Müdafiə naziri: Bizim əlimiz yoxdur
"İranın nüvə alimlərinin qətlə yetirilməsində İsrailin əli yoxdur". Bu barədə Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində İsrailin müdafiə naziri Moşe Yaalon deyib.

“İsrail Tehranın nüvə proqramı çərçivəsində çalışan İran alimlərinin həyatına görə məsuliyyət daşımır”, - deyə o bildirib.

"Hamıya aydındır ki, İranın nüvə proqramının qarşısı alınmalıdır. Bunun hansı üsullarla həyata keçiriləcəyi isə bir o qədər də prinsipial məsələ deyil", - deyə İsrail rəsmisi qeyd edib.

Yaalon həmçinin əlavə edib ki, İsrail dövləti İranı dayandırmaq üçün maksimum səy göstərəcək.

Müdafiə nazirinin sözlərinə görə, hər bir dövlət kimi İsrail də özünü müdafiə hüququna malikdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net