Lənkəranda Bakı sakininin meyiti tapılıb
Tarix: 8-08-2015, 11:35 | Çap et
Lənkəranda Bakı sakininin meyiti tapılıb
Lənkəranın Vel kəndi ərazisində dənizin sahilində naməlum kişi meyiti tapılıb.

APA-nın Lənkəran bürosunun məlumatına görə, meyit səhər saatlarında yerli sakinlər tərəfindən aşkarlanıb.

Hadisə yerinə dərhal yerli hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Araşdırmalardan sonra meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü, 10 ilə yaxın müddətdə həmin kənddə yaşayan Asəf Zaman oğlu Göyüşov olduğu müəyyənləşdirilib.

Meyit daxili və xarici müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə göndərilib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net