PKK yenə hücuma keçdi, 4 ölü
Tarix: 7-08-2015, 17:22 | Çap et
PKK yenə hücuma keçdi, 4 ölü
Türkiyənin Şırnaq vilayətinin Silopi rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatı üzvləri arasında atışma başlayıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, PKK tərəfdarları polisin ara küçələrə keçidinə mane olmaq istəyiblər. Silahlı qarşıdurma zamanı 3 nəfər ölüb, bir polis isə ağır yaralanıb.

Polis bu gün səhər saatlarında Silopininin iki məhləsində PKK-nın gənclik qolu olan Yurtsevər İnqilabçı Gənclik Hərəkatı (YDG-H) üzvlərinin qazdıqları xəndəkləri bağlamaq üçün zirehli maşın və traktorlarla adıçəkilən əraziyə gedib. Lakin təhlükəsizlik qüvvələri iriçaplı silahlardan atəşə məruz qalıblar. Polis cavab atəşi açıb.

Atışma 4 saata yaxın davam edib. Atılan raketlərdən biri zirehli maşına dəyib. Maşında olan polis nəfəri yaralanıb.

Ölənlərin və yaralıların cənazələri Silop dövlət xəstəxanasına aparılıb. Xəstəxanada yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Adıçəkilən əraziyə əlavə qüvvələr göndərilib. Vəziyyətə havadan helikopterlərlə nəzarət edilir.

"İhlas" xəbər agentliyinin yaydığı məlumata görə, Ağrının Doğubayazıt rayonunda da silahlı insident baş verib. PKK terrorçuları Tendürek keçidində yol kəsərək 5 TIR-a od vurubar. Bundan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma başlayıb. İlkin məlumata görə, Türkiyə bir şəhid verib.

Rayonda qaçan terrorçuların yaxalanması üçün havadan və qurudan əməliyyat başlayıb. Səhər saatlarında isə terrorçular İrana məxsus dövlət nömrə nişanlı avtobusa hücum ediblər.

Xatırladaq ki, Türkiyə terrorla genişmiqyaslı mübarizəyə iyulun 20-də Surucda baş verən terror aktından sonra başlayıb. Bu akt nəticəsində 32 nəfər ölüb, onlarla insan yaralanıb.

Daha sonra Türkiyə Hava Qüvvələri Suriya ilə sərhəddə yerləşən İŞİD hədəflərini bombalayıblar. PKK bundn istifadə edərək ölkədə bir çox etiraz aksiyaları və nümayişlər keçirib, magistral yollarda avtomobillərə hücum edib, onları yandırıb. Türkiyə təhlküəsizlik qüvvələri PKK terrorçuları ilə mübarizəni də gücləndirib, terrorçuların hədəfləri bombardıman edilib.

Ölkədə son bir ayda baş verən silahlı hücumlar nəticəsində 20-dən çox şəhid verilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net