İŞİD internet kafelərdə yaraqlılarını axtarır
Tarix: 7-08-2015, 16:14 | Çap et
İŞİD internet kafelərdə yaraqlılarını axtarır
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları Xilafətin paytaxtı hesab olunan Rakka şəhərində yerlənən internet kafelərdə reydlər keçirir.

AzVision.az `Gazeta.ru`ya istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan haqları üzrə müşahidə Şurası xəbər yayıb.

Şuranın mənbələrinin sözlərinə görə, onların gözləri qarşısında terror təşkilatının iki üzvü İŞİD tərəfindən saxlanılıb və naməlum istiqamətdə aparılıb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net