Saakaşvili: “Xalq prokuroru yandırmağı tələb edir” - Video
Tarix: 7-08-2015, 16:07 | Çap et
Saakaşvili: “Xalq prokuroru yandırmağı tələb edir” - Video
Prokurorluq ukraynalıların ən az inandığı instansiyadır.

Axar.az xəbər verir ki, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili rayon prokurorlarının fəaliyyətinə həsr olunmuş konfransında çıxışı zamanı deyib.

“İnsanlar prokurorluğa qırmızı parçaya baxan öküz kimi yanaşırlar və onu yandırmağa çağırırlar. Görünür, rayon prokurorluğunun vətəndaşlara yanaşmasında problem var. Təəssüf ki, mən öz səlahiyyətlərinə düzgün yanaşa bilməyən bir neçə prokuror tanıyıram”, - Saakaşvili bildirib.

Odessa qubernatoru rayon prokurorluğuna yeni komanda yığma çağırıb. Onun sözlərinə görə, bütün vicdanlı hüquqşünaslar prokurorluğa sənəd verməli və xüsusi komissiya isə ən layiqli namizədi seçməlidir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net