İŞİD Suriyanın daha bir böyük şəhərini ələ keçirdi
Tarix: 7-08-2015, 14:35 |
Çap et
İŞİD mərkəzi Suriyada yerləşən Qaryatayn şəhəri Suriya ordusundan təmizləyib.
Avropa.info xəbər verir ki, Homsdan 82 km aralı yerləşən Qaryatayn şəhərini hücumla ələ keçirən İŞİD qeyri-adi döyüş taktikasından istifadə edib. Bomba doldurulmuş avtomobillər ordu blokpostlarına çırpılaraq döyüşçü dostları üçün şəhərə gedən yolu açıblar.
Döyüş zamanı 37 Əsəd əsgəri öldürülüb, 230 nəfər əsir alınaraq naməlum istiqamətdə aparılıb.
Qaryatayn Holmsda gedən yolun ortasında, Palmira və Dəməşq arasında yerləşir. Müharibədən əvvəl şəhərin əhalisi 40 min nəfər idi. Əhali əsasən sünni müsəlman və xristianlardan təşkil olunmuşdu.
Şəhərin zəbti Plamiradan sonra İŞİD-in ən böyük uğurudur.