Dəmirdaş Türkiyəni BMT-yə şikayət etdi
Tarix: 7-08-2015, 14:31 |
Çap et
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirdaş və Figən Yüksəkdağ “qanundan kənar və mühakiməsiz edamlar” barəsində araşdırma aparılması üçün BMT-nin xüsusi məruzəçisi Kristof Heynsə müraciət edib.
Axar.az xəbər verir ki, həmsədrlər 20 iyuldan sonra başlayan hadisələrin BMT çərçivəsində araşdırılmasını tələb edib.
Müraciətin mətnində Türkiyənin icra qurumlarındakı ən yüksək vəzifəli şəxslər günahkar olaraq göstərilib.