PKK iki rayona hücum etdi
Tarix: 7-08-2015, 12:25 |
Çap et
PKK Türkiyənin Van və Şırnak vilayətində jandarmaya, polis idarəsinə və hökumət evinə hücum edib.
Musavat.com-un məlumatına görə, PKK-çılar Vanın Başkale rayonunda avtomat, minaatan və bomba yüklənmiş maşınla Jandarma binasına hücum təşkil edib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Bomba yüklı maşın jandarmaya məxsus zirehli maşına dəyərək partlayıb.
Şırnakın Uludərə rayonunda isə PKK-çılar eyni vaxtda hökumət evinə və polis idarəsinə minaatanlardan və avromatlardan atəş açıb. Bir nəfərin yaralandığı qeyd olunur. Daha sonra qaçan PKK-çıların tutulması istiqamətində əməliyyat başladılıb.