BMT-də Yeni Dayanıqlı İnkişaf Gündəliyi üzrə razılıq əldə olunub
Tarix: 7-08-2015, 11:19 |
Çap et
Sentyabrda dünya liderləri tərəfindən qəbul ediləcək Yeni Dayanıqlı İnkişaf Gündəliyi üzrə razılıq əldə olunub.
APA-nın BMT-nin Bakı ofisinə istinadən verdiyi məlumata görə, Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatına üzv 193 ölkə yekun sənədlə bağlı razılığa gəlib.
Bu sənəd sentyabrda Nyu-Yorkda Dayanıqlı İnkişaf Sammitində dünya liderləri tərəfindən qəbul olunacaq. Məsləhətləşmələr iki ildən çox davam edib. Bu sənəd 2030-cu ilədək yoxsulluğa son qoyacaq, inkişaf və insanların rifahını təşviq edəcək. Sənəd həmçinin ətraf mühiti qoruyacaq yeni 17 dayanıqlı inkişaf məqsədlərini müəyyən edir.
BMT-nin baş katibi Pan Gi Mun sazişi sənədin sülh və əmin-amanlığı təmin etdiyini bildirib.
Yeni Dayanıqlı İnkişaf Gündəliyini rəsmən qəbul etmək məqsədilə 150-dən artıq dünya liderinin 25-27 sentyabr tarixində Nyu-Yorkda BMT-nin Baş Qərargahında keçiriləcək Dayanıqlı İnkişaf Sammitində iştirakı gözlənilir.