"Ağır kombinə olunmuş immunodefisit" diaqnozu qoyulduğu üçün sümük iliyinin transplantasiyası əməliyyatı keçirmiş 1 yaşlı Kamal Cəfərovun həyatının xilas olmasından ötrü yenidən maddi yardıma ehtiyac duyulur.
Trend xəbər verir ki, Kamal Təmkin oğlu Cəfərov 2014-cü il iyulun 13-də anadan olub. Bir necə ay əvvəl İranda xəstə üzərində sümük iliyinin transplantasiyası həyata keçirilib.
Lakin əməliyyatdan sonra xəstə üçün müəyyən müalicə prosedurlarının aparılması lazımdır. Bunun üçün 5 min ABŞ dolları tələb olunur ki, Kamalın ailəsinin də bu vəsaiti ödəməyə maddi imkanı yoxdur.
Balaca Kamalın həyatının xilas edilməsi üçün imkanı çatan hər kəsdən yardımını əsirgəməmələrini xahiş edirik.
Qeyd edək ki, bundan əvvəl ailənin iki övladı oxşar xəstəlik ucbatından dünyasını dəyişib.