Taylanddan deportasiya edilən uyğurlar Çində həbsdədir
Tarix: 5-08-2015, 16:27 | Çap et
Taylanddan deportasiya edilən uyğurlar Çində həbsdədir
Ötən ay Taylanddan deportasiya edilən müsəlman uyğurları hələ də həbsd saxlayır. Çin mediyası deyir ki, onlar İslam Dövləti yaraqlıları ilə əlaqələri olmaqda günahlandırılır.

The Global Times qəzeti yazır ki, bəzi uyğurlar Taylanddan Türkiyəyə keçməyi planlayırdı.

Çin polisi deyir ki, saxlanan 13 nəfə terror qruplaşması ilə əlaqəsi olmaqda şübhəli bilinir. Ancaq polis saxlananların arasında niyə qadınların və uşaqların olmasına aydınlıq gətirməyib.

İyulun 9-da Taylandın uyğurları kütləvi deportasiya etməsi beynəlxalq tənqidlə üzləşib.

BMT-nin qaçqınlar agentliyi bu deportasiyanı “beynəlxalq hüququn kobud şəkildə pozulması” adlandırıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net