"Türkiyə ABŞ-la birgə tezliklə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlayacaq"
Tarix: 5-08-2015, 15:37 | Çap et
"Türkiyə ABŞ-la birgə tezliklə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlayacaq"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara hazırlıq getdiyinı açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində bildirib.

“İncirlik hərbi hava bazasından istifadə sahəsində ABŞ-la razılığa gəlmişik. Artıq orda ABŞ pilotsuz aparatlarının və aviasiyanın mövcudluğunu görə bilirik. Tezliklə, İŞİD-ə qarşı birgə və kompleks mübarizəyə başlayacağıq", - deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl İncirlik hərbi-hava bazasından ABŞ-ın silah daşıyan pilotsuz uçan aparatların havaya qaldırıldığı barədə məlumatlar yayılmışdı. Suriya ərazisi üzərində uçuşlar edən pilotsuz aparatlar sadəcə kəşfiyyat məlumatları toplamış, İŞİD-in mövqelərinə heç bir zərbə endirməmişdi.

Bazadan istifadə qaydaları çərçivəsində digər ölkələrin da pilotsuz aparatlarından istifadə oluna bilər. Təyyarələrin istifadə qaydaları ilə bağlı qərarlar isə hər dəfə Türkiyə və ABŞ-ın birgə fəaliyyəti çərçivəsində müəyyənləşdiriləcək.

Xatırladaq ki, ABŞ uzun müddət bu bazadan İŞİD-ə qarşı əməliyyatlarda istifadə edilməsi üçün icazə almağa çalışır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net