Bir gündə 71 cinayət
Tarix: 5-08-2015, 13:19 | Çap et
Bir gündə 71 cinayət
Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 71 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Yollarda da müxtəlif qəzalar qeydə alınıb. Belə ki, ötən gün respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törədən 32 nəfər isə tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net