Əməkdar artist Elza Seyidcahan “Azərbaycanın səsi” layihəsində yenə də imici ilə diqqət çəkib.
Axşam.az-a açıqlama verən müğənni gəlincik obrazı yaratdığını bildirib:
“Leyla Əhmədovanın köməkliyi ilə gəlincik obrazı yaratdım. Üzərimdəki bütün aksesurlar əl işidir. Hər həftənin çərşənbə axşamı mən tamaşaçıları təəccübləndirirəm”.