Əməkdar artistlə vida mərasimi Təzə Pirdə olacaq
Tarix: 5-08-2015, 11:32 |
Çap et
Dünən vəfat edən əməkdar artist Tanilya Əhmərova ilə vida mərasimi bu gün keçiriləcək.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, vida mərasimi 13:00-da Təzə Pir məscidində baş təşkil olunacaq.
Qeyd edək ki, T.Əhmərova uzun sürən xəstəlikdən sonra avqustun 4-də vəfat edib. İyunun 1-də 65 yaşı tamam olan aktrisa 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bir çox - “Sevinc buxtası”, “Şir evdən getdi”, “Üzü küləyə”, “Qaynana”, “Yarımçıq qalmış mahnı”, “Üzeyir ömrü”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Portağal” (Ukrayna), “Hər şeydən əvvəl düzlü”» (Özbəkistan.), “Dağıdılmış körpü” (1996) və s. – filmlərdə rol alıb.
Allah rəhmət eləsin!