Ağ Ev: “ABŞ prezidentinin bu addımı axmaqlıq olar”
Tarix: 5-08-2015, 11:28 | Çap et
Ağ Ev: “ABŞ prezidentinin bu addımı axmaqlıq olar”
Gələcək ABŞ prezidentinin İranla əldə edilən nüvə razılaşmasını pozması axmaqlıq olar.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağ Ev sözçüsü Coş Ernest deyib. O, Obama administrasiyasının uğurlu siyasəti nəticəsində İranla razılıq əldə etdiklərini bildirib:

“2016-cı ildə prezident seçkisini Respublikaçılar Partiyasının namizədinin qazanması halında İranla əldə edilən nüvə razılaşmasının pozulması axmaqlıq olar. Çünki bizim tətbiq etdiyimiz uğurlu sanksiya siyasəti nəticəsində İranı danışıqlar masası arxasında oturda bildik və razılaşmanı imzaladıq”.

Qeyd edək ki, İranın nüvə proqramı barədə imzalanan müqavilə prezidentlik uğrunda mübarizə aparan respublikaçı namizədlərin tənqidlərinə tuş gəlib. Onlardan bəziləri prezident seçiləcəkləri halda razılaşmanı pozacaqlarını bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net