Ermənistan xarici banklara olan borclarını AÇIQLADI
Tarix: 5-08-2015, 11:26 | Çap et
Ermənistan xarici banklara olan borclarını AÇIQLADI
Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Bankı (EMB) son bir ayda xarici banklardan götürdüyü kredit borclarının məbləğini açıqlayıb.

EMB-nin açıqlamasından sonra məlum olub ki, təkçə iyul ayında işğalçı ölkənin baş bankı 50 milyon dollar kredit borcuna girib. Bankdan verilən məlumata görə, bu borclanmaya əsas səbəb kimi son üç ayda milli valyuta olan dramın dramatic vəziyyətə düşməsidir. Belə ki, ana bankın açıqlamasına görə dram son üç ayda 22 faizdən 29 %-ə qədər dəyər itirib. Bu isə ehtiyat valyutanı sabit saxlamaq üçün bankın əlavə kreditorlara ağız açmasına səbəb olub.

Bank bildirir ki, bununla da Ermənistanın xarici borclarının üstünə əlavə borc gəlib. Üstəlik milli valyutanın dəyərdən düşməsi ilə ana bank 1.598 milyon dram kağız pul ehtiyatı azalıb. Buna səbəb isə ən kiçik əsginazların devalivasiya nəticəsində dövriyyədən çıxmasıdır.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net