Türkiyə parlamenti "Türk axını"nın inşasına baxa bilməz
Tarix: 4-08-2015, 17:45 | Çap et
Türkiyə parlamenti "Türk axını"nın inşasına baxa bilməz
Türkiyə və Rusiya arasında “Türk axını”nın inşası ilə bağlı hökumətlərarası saziş imzalansa belə, bu saziş hələlik ölkə parlamentində müzakirəyə çıxarıla bilməz. Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

Nazir bunun səbəblərinə aydınlıq gətirməyib.

O bildirib ki, “Türk axını”nın inşasının ləngiməsinin əsas səbəbi məhz Rusiya tərəfidir.

T.Yıldız həmçinin qeyd edib ki, Türkiyə Rusiyanın birgə paylayıcı qaz şəbəkəsinin yaradılmasına razılıq verəcəyinə ümid edir.

Nazir əlavə edibb ki, Türkiyə Rusiya üçün əsas qaz istehlakçısıdır: “Türk axını” reallaşacağı təqdirdə Türkiyə şirkətləri bu boru kəmərinin ölkənin quru hissəsində tikintisində iştirak edə bilər. Belə ki, şirkətlərimizin boru kəmərlərinin çəkilməsində böyük təcrübələri var”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net