Limam Seydi Azərbaycana gəlir- Bilet məsələsi həllini tapdı
Tarix: 4-08-2015, 16:58 |
Çap et
“Xəzər Lənkəran”ın fransalı hücumçu Limam Seydinin müqavilə bağlamağa Azərbaycana gəlməsi üçün biletini ləğv etdiyini xəbər vermişdik. “Qafqazinfo” xəbər verir ki, tərəflər yenidən razılığa gələ biliblər.
Belə ki, klub futbolçuya yenidən bilet alıb. Nəticədə Limam Seydi avqustun 6-da Azərbaycana gələcək.
Bilet məsələsinin ləğvində isə sadəcə anlaşılmazlıq olub. Klub futbolçu üçün bilet alsa da, meneceri Lənkəran təmsilçisinə onun “Xəzər Lənkəran”ın təklif etdiyi məbləğə çıxış etmək istəmədiyini bildirib. Lakin sonradan aydın olub ki, məsələ tamam başqa cürdür. Klubla birbaşa əlaqə saxlayan futbolçu “ağ-yaşıllar”la razılığa gəlib. Saytımızla əlaqə saxlayan futbolçu bu barədə məlumat verib: “Aramızda anlaşılmazlıq olmuşdu. Hazırda məsələ yoluna qoyuldu və mən avqustun 6-da Azərbaycana gələcəm”.