Ermənistanda “Siyasi dustaqlara azadlıq” aksiyası BAŞLADI
Tarix: 4-08-2015, 16:22 | Çap et
Ermənistanda “Siyasi dustaqlara azadlıq” aksiyası BAŞLADI
Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, İrəvanda siyasi dustaqlara azadlıq aksiyası daha geniş vüsət alıb.

Belə ki, 2008 – ci ilin martında president seçkilərində siyasi saxtakarlığa etiraz edənlərin azadlığa buraxılmasının ləngidilməsinə bu dəfə İrəvan dövlət universitetinin tələbələri də qoşulub.

Onlar məhkəmənin çıxardığı hökmün cəza vaxtının bitməsinə baxmayaraq hələ də qanunsuz olaraq həbsdə saxlanan “siyasi” məhbusların dərhal azadlığa buraxılmasını tələb ediblər. Aksiya prezident sarayının önündə davam edir.

Etirazçılar prezident aparatına yazılı bəyanat təqdim edərək qanunsuz həbsdə saxlama kompaniyasını Sarkisyanın adına yazdıqlarını və bunun yolverilməz olduğunu hayqırıblar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net