
NATO Baltikyanı ölkələrdə hava patrul xidmətini həyata keçirən qırıcıların sayını payızda yarıya qədər azaldacaq.
Axar.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Jay Janzen jurnalistlərə məlumat verib.
Hazırda Estoniya, Latviya və Litvada NATO-nun 16 qırıcısı var.
Qeyd edək ki, son bir il ərzində Rusiyaya məxsus qırıcılar mütəmadi şəkildə Baltikyanı ölkələrin hava məkanını pozur.