Şahin Mustafayev: "İran prezidenti əməkdaşlıq məsələləri üzrə bütün tapşırıqları verdi"
Tarix: 4-08-2015, 11:48 |
Çap et
“Bugün səhər İran prezidenti Həsən Ruhanı ilə görüşdüm. Ruhani əməkdaşlıq məsələləri üzrə bütun tapşırıqları verdi və əlaqələrin hərtərəfli inkişafını istədi”.
Trend-in məlumatına görə, bunu İran-Azərbaycan hökumətlərarası komissiyasnın iclasından əvvəl tərəflər arasında keçirilən görüşdə İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, Azərbaycanla İran arasında əlaqələr çox yüksəkdir.
Bu dəfəki səfəri də həmin yaxşı əlaqələrin göstəricisi sayan Ş.Mustafayev bildirib ki, bu qarşılıqlı əlaqələrin inkişafında Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhanin böyuk rolu var.
Ş.Mustafayev deyib ki, iki ölkə arasında olan siyasi, iqtisadi və mədəni əlaqələr hər iki prezident tərəfindən dəstəklənir: “Nüvə proqramı ilə bağlı razılaşmanı yüksək qiymətləndiririk. Bu münasibətlə sizi təbrik edirik. Əminik ki, bu razılaşma ikitərəfli əlaqələrə, regional və beynəlxalq təhlükəsizlik məsələrinə kömək olacaq. İranın uğuruna bir dost ölkə olaraq səmimi qəlbdən sevinirik”.