Kilsədə atəş açan qatil ittihamları rədd etdi
Tarix: 3-08-2015, 17:52 |
Çap et
ABŞ-ın Cənubi Karolinaştatının Çarlston şəhərində Emanuel kilsəsində atəş açmış Dilan Ruf özünü günahkar hesab etmir.
Çarlston şəhərində keçirilmiş məhkəmə iclasında o öz vəkili vasitəsilə ittihamın bütün bəndlərini rədd edib.
İstintaqın əldə etdiyi məlumata görə, 21 yaşlı Ruf qaradərili əhali arasında populyar olan Afrikan Metodist Yepiskopal kilsəsinə gələrək orada toplaşan insanlara tapançadan atəş açıb. Hadisə nəticəsində 9 nəfər həlak olub, onlardan üçü kişi, altısı isə qadın olub.
O hadisə yerindən qaçmağa müvəffəq olub. Lakin sabahısı gün Dilan Ruf qonşu Şimal Karolina ştatının Şelbi şəhərinin ərazisində saxlanılıb.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, Ruf öz irqçi baxışlarını və hadisə ilə əlaqəsini gizlətməyib. Hüquq mühafizə xidmətində dindirilmə zamanı hadisəni geniş ictimai geniş ictimai əks-sədaya nail olmaq məqsədilə törətdiyini etiraf edib.
"O irqi seqreqasiyanın tərəfdarı idi. Vətəndaş müharibəsini başlamaq və daha sonra intihar etmək arzusunda olduğunu bildirirdi", —deyə qatilin dostu Dalton Tayler bildirib. Onun sözlərinə görə, validenləri Dilan Rufa odlu silah hədiyyə edib.