Rusiya və Azərbaycan HDQ Xəzərdə birgə təlim keçirəcəklər
Tarix: 3-08-2015, 17:25 | Çap et
Rusiya və Azərbaycan HDQ Xəzərdə birgə təlim keçirəcəklər
Rusiya Hərbi Dəniz Donanması (HDD) ilin sonunadək Xəzər dənizində 2 beynəlxalq təlim keçirəcək. Təlimlərdə Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri (HDQ) də iştirak edəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə RF HDD-nin baş komandanı, admiral Viktor Çirkov bildirib.

Beynəlxalq hərbi oyunlar çərçivəsində avqustun 3-dən 15-dək Xəzər dənizində ilk dəfə hərbi gəmi heyətləri və dəniz piyadalarının şəxsi heyətləri arasında “Xəzər Kuboku – 2015” və “Xəzər Derbisi – 2015” müsabiqələri keçirilir.

V.Çirkov “Xəzər Kuboku – 2015” və “Xəzər Derbisi – 2015” beynəlxalq ordu yarışlarının açılış mərasimində deyib: “2015-ci ilin sonunadək Xəzər dənizi akvatoriyasında ən azı 2 beynəlxalq hərbi-dəniz təlimlərinin keçirilməsi planlaşdırılır”.

O, əlavə edib ki, bu təlimlərdən biri üçtərəfli – Rusiya HDQ-nin Xəzər donanması, Qazaxıstan və Azərbaycan HDQ-nin, digəri isə ikitərəfli – Rusiya və Azərbaycan HDQ-nin iştirakı ilə keçiriləcək: “Bu təlimlər zamanı Xəzər dənizi akvatoriyasında sabitliyin möhkəmlənməsi və istənilən təhlükə mənbəyinin ləğv edilməsi məqsədilə qarşılıqlı fəaliyyət spektri öyrəniləcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net