Çində təbii fəlakət tüğyan edir: 43 min nəfər zərər çəkib
Tarix: 3-08-2015, 11:17 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, Çində son bir neçə gündə 6 nəfər həlak olub, ümumilikdə 43 min nəfər zərər çəkib. Buna səbəb Daxili Monqolustan muxtar vilayətinin məruz qaldığı dolu olub.
Mərkəzi Çin televiziyası bildirib ki, 8,8 min hektar kənd təsərüfatına ciddi ziyan dəyib. Hökumət 200 min insanı evakuasiya edib.
Təbii fəlakətin vurduğu iqtisadi zərər 9,98 milyon dollar hesablanır.