“Evli kişini sevdim, xərçəngə tutuldum...”
Tarix: 3-08-2015, 11:05 |
Çap et
Müğənni Yıldız Tilbe “Hürriyet” qəzetinə müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verən sənətçi evli kişiyə aşiq olduğu üçün xərçəng xəstəliyinə tutulduğunu bildirib:
“Birinə aşiq oldum. Adam evli çıxdı, mənim deyildi. Çox kədərləndim, ölürdüm. Onu düşündüyüm zaman içimdə bir şey var idi, böyüyürdü, hiss edirdim. Xəstəxanaya getdim, xərçəng olduğumu söylədilər. Müalicə olunmağa başladım, o adamı düşünməməyə çalışdım, içimdəki pis şeylərdən əlimdən gəldiyincə uzaqlaşdım. Allahıma min şükür, sonra adamı unutdum, rahatladım, sağaldım. Eşqi çox dərin yaşayıram. Yenə elə sevə bilərəm. Amma kimsəni elə sevmək istəmirəm”.
Daha sonra Tilbe dəlixanada yatmasından danışıb:
“Mən üç dəfə Balıqlı Ruma, iki dəfə Lapedə yatdım. Allaha şükür ağıllı çıxdım. Artıq psixoloqa getmirəm. Oraya gedəndə qucağımda bir qutu dəsmal ağlayıram. Onsuz artıq müalicəyə də getmirəm. Həkimə nə deyəcəyəm? Ya da o mənə nə edə bilər? Məni necə sakitləşdirəcək? İnsan bu həyatda tənhadır, problemini özü həll etməlidir”.