"Space"in efirində gərgin anlar - "Siz məni alçaldırsınız"
Tarix: 31-07-2015, 18:51 | Çap et
"Space"in efirində gərgin anlar - "Siz məni alçaldırsınız"
"Space"də yayımlanan "Görüş yeri" verilişində gərgin anlar yaşanıb.

Avropa.info-nun axşam.az-a istinadən məlumatına görə, müğənni İlhamə Qasımova ilə şair Anar Amin arasında mübahisə düşüb.

Şair sənətçinin əcnəbi dildə ifasını birmənalı qarşılamadığını deyərək, ona irad bildirib:

A.Amin "Öz yaşıdlarınız olan gənc şairlərə müraciət etsəniz, daha yaxşıdır" sözlərindən əsəbləşən İ.Qasımova ona sərt cavab verib:

"Siz mənim yaşıdım olub, istəklərimi yerinə yetirə bilməzsiniz. Müasir tərz var ki, siz onu bilmirsiniz. Sizin danışığınızdan başa düşdüm ki, bildiyiniz nədir. Elə sözlər var ki, onun Azərbaycan dilində sinonimi yoxdur".

Şair ifaçıya "Siz məni alçaldırsınız" deyə sərt reaksiya verib.

İ.Qasımova "Mən heç kimi alçaltmıram. Siz bu cür danışa bilməzsiniz. Mən müğənniyəm, səsimi sizdən çox yüksəldə bilərəm" deyərək onun sözünü kəsib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net