Wikileaks: ABŞ Yaponiyanı da izləyib
Tarix: 31-07-2015, 17:15 | Çap et
Wikileaks: ABŞ Yaponiyanı da izləyib
Wikileaks internet saytı ABŞ Milli Təhlükəsilik Agentliyi (NSA) tərəfindən Yaponiya rəsmiləri və şirkətlərinin izlənilməsini təsdiq edən sənədləri dərc edib. Təqdim edilən materiallar arasında “tam məxfi” kimi işarələnmiş Milli Təhlükəsilik Agentliyinin 4 hesabatı da yer alıb. Sənədlərdə yapon məmurlarının beynəlxalq ticarət və iqlimin müdafiəsi sahəsində siyasətə dair gizli danışıqları əks olunub.

Hesabatların birində Agentlik tərəfindən sözü gedən məlumatların Avstraliya, Kanada, Böyük Britaniya və Yeni Zelandiyaya ötürülməsi bildirilir.
Bundan əlavə Wikileaks ABŞ Milli Təhlükəsilik Agentliyi tərəfindən telefon danışıqlarının izlənilməsi planlaşdırılan 35 hədəfin siyahısını açıqlayıb. Onlar arasında Yaponiyanın Nazirlər Kabineti, Yaponiya Bankının əməkdaşları, ölkənin Maliyyə və Ticarət nazirlikləri, "Mitsubishi" və "Mitsui" şirkətləri də var.

Yaponiya hökuməti məlumatı hələlik şərh etməyib. Əvvəllər Wikileaks saytı ABŞ Milli Təhlükəsilik Agentliyi tərəfindən Almaniya, Fransa və Braziliyanın izlənilməsi barədə analoji sənədlər dərc edib.

2015-ci ilin iyun ayında Fransa və Almaniya kütləvi informasiya vasitələri portala istinad edərək Agentliyin Fransanın və Almaniyanın siyasi xadimləri və biznesmenləri, o cümlədən Fransanın üç sabiq prezidenti və Almaniyanın keçmiş kanslerinə qarşı casusluq etməsi haqqında məlumat yayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net