Axar.az xəbər verir ki, ölkənin İnformasiya Nazirliyindən verilən açıqlamaya görə, 6 min 966 məhkumun “humanist səbəblər” və “ictimai razılaşma” çərçivəsində sərbəst buraxılacağı bildirilib.
Siyasi Məhkumlara Yardım Dərnəyi (AAPP) əfv ediləcəklər arasında 13 siyasi məhbusun olduğunu qeyd edib. AAPP 100-dən çox siyasi məhkumun həbsdə olduğunu, təxminən 400 nəfərin də siyasi səbəblərlə istintaqı aparıldığını vurğulayıb.
Qeyd edək ki, əfvdən faydalanacaq 210 xarici vətəndaş arasında ayın əvvəlində Myanmaya qeyri-qanuni yollarla girib ömürlük həbs olunan 150 Çin vətəndaşı da var.