Finlər Putinin daha bir işğalına hazırlaşır
Tarix: 30-07-2015, 18:00 | Çap et
Finlər Putinin daha bir işğalına hazırlaşır
Finlandiya ordusu Aland adalarının “yaşıl adamcıqlar” tərəfindən mümkün işğalına hazırlaşır.

Axar.az xəbər verir ki, bunu Finlandiya mətbuatına açıqlamasında Yussi Niinitse söyləyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyində artıq Aland adalarına təhlükə anında hansı yardımın ediləcəyi məsələsi müzakirə edilir:

“Finlandiya Aland adalarına çox az diqqət ayırır. Yeni strategiya Baltik dənizi regionundakı situasiyanın dəyişməsilə əlaqədardır”.

Qeyd edək ki, Aland adaları Finlandiya daxilində muxtariyyətə malikdir. Bu ərazi 19-cu əsrin əvvəllərinə qədər Rusiya imperiyasının tərkibində olub. Sonradan İsveç və Finlandiya arasında mübahisə mövzusu olan ada (əslində burada isveçlilər daha çox yaşayır – red.) sonradan Helsinkinin xeyrinə həll edilmişdi (indiyə qədər nisbətən daha yaxşı həll edilmiş konflikt hesab edilir – red.). İsveç ada ilə bağlı heç bir halda iddia irəli sürməyəcəyini bildirib. Aland adalarında hərbi qüvvələrin saxlanılması tamamilə qadağan edilib. Muxtariyyət rəhbərliyinin icazəsi olmadan adaya Finlandiyanın hansısa silahlı qüvvəsinin girməsi qadağandır.

Aland Finlandiyanın paytaxtı Helsinki və İsveçin paytaxtı Stokholma (xüsusilə bu şəhərə - red.) yaxındır. Onun ələ keçirilməsi hər iki paytaxtın hərbi cəhətdən nəzarət altında saxlanılmasına yardım edir. Zamanında Rusiya imperiyası məhz bu adadan istifadə edərək, İsveç üçün əsas təhdidlərdən birinə çevrilmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net