Afaq: "Qəza törətdim, qolum, barmaqlarım sındı"
Tarix: 30-07-2015, 16:17 | Çap et
Afaq: "Qəza törətdim, qolum, barmaqlarım sındı"
ATV-nin aparıcısı Afaq Gəncəli bu dəfə avtomobili ilə fotokameramız qarşısına keçib.

Axşam.az-a açıqlama verən aparıcı özünü məsuliyyətli sürücü adlandırıb:

“Əla sürücüyəm, diqqətçiləm. Qaydalara riayət edirəm. Hərdən çəkilişə tələsəndə bir balaca haşiyədən kənara çıxıram. Sürəti artırır, soldan-sağa keçib, tez çatmağa çalışıram. Təhlükəsizlik kəmərini mütləq taxıram, onsuz maşın sürmürəm. 7 ildir avtomobil idarə edirəm, cəmi bir dəfə güclü qəza törətmişəm. Onu da bütün Azərbaycan bilir. Əlim, qolum, barmaqlarım sınmışdı. İndiyənədək də barmaqlarımda fəsadları qalıb. İki dəfə maşınımı dəyişmişəm. Sürəti çox sevirəm, amma lazım olan yerdə. Öz həyatımla yanaşı, başqalarını da düşünürəm. Kiməsə xəsarət yetirməkdən qorxuram. İki avtomobilimi də kreditlə almışam. Çox cərimə ödəyirəm. Ən çox 380 manat cərimə vermişəm. Ödədiyim pulları toplasam, maşınımın qiymətindən çoxdur".

A.Gəncəli sevdiyi avtomobil tipindən də bəhs edib:

“Açıq rəngli maşınları xoşlamıram. Qara, tünd göy rəngi sevirəm. Xəyalımda olan maşın var, amma onu nə vaxtsa almağı düşünmürəm. Maşınlarla bağlı məlumatım çoxdur. Avtomobil verilişinin ilk qadın aparıcısı olmuşam. Mənə ilk növbədə maşının keyfiyyəti vacibdir. Bahalığı önəmli deyil. Əsas odur ki, yapon və alman istehsalı olsun".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net