İranlı general Türkiyəni sərt tənqid etdi
Tarix: 30-07-2015, 15:53 |
Çap et
Türkiyənin PKK-ya və İŞİD -ə qarşı hərbi əməliyyatlarını şərh edən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi Türkiyəni sərt şəkildə tənqid edib.
H.Firuzabadi İran İnqilab Keşişçilərinin rəsmi saytında yer alan açıqlamasında “Türkiyənin İŞİD terrorçularına yönəlik əməliyyat adı altında həmin təşkilata qarşı vuruşan kürd qruplaşmalarını hədəf alması strateji xətadır. Bu xəta kafir terrorçuların Türkiyə sərhədlərinə yaxınlaşmasını asanlaşdıracaq” - deyə bildirib.
İŞİD-in bütün İslam ölkələrində hakim güc olmaq istədiyini söyləyən H.Firuzabadi Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər bu mövzuda istisna deyillər. Onun fikrincə, kafir terrorçu qruplara göstərilən kömək tez, ya da gec bu ölkələrin də təhlükəsizliyini təhdid edəcək.