CHP koalisiya üçün AKP-yə 5 ŞƏRT QOYDU
Tarix: 30-07-2015, 14:50 | Çap et
CHP koalisiya üçün AKP-yə 5 ŞƏRT QOYDU
“AKP ilə danışıqlar masasından ilk duran tərəf biz olmayacağıq”.

Hafta.az-ın Haber7.com-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib. Kılıçdaroğlu hakim partiyaya yeni hökumətin təşkili üçün 5 şərt irəli sürdüyünü deyib:

“Yeni hökumətin qurulması üçün AKP –yə 5 şərt irəli sürəcəyik. Bunun üçün Türkiyənin beş təməl problemi üçün iki partiya gərək ortaq nöqtəyə gəlməlidir. Birincisi AKP Suriya, Livan, Misir və İsraillə siyasətində köklü dəyişikliklər etməlidir. Bunun üçün də Xarici İşlər Nazirliyi postu başdan ayağa CHP-yə verilməlidir. İkincisi, 12 sentyabr konsitusiyası dəyişdirilməlidir. Yerinə vətəndaşlara azadlıq vəd edən ana qanun qüvvəyə minməlidir. Seçkilərdə on faizlik baraj sistemi də qaldırılmalıdır. Təhsildə, İqtisadiyyatdakı böyük problemlərin həlli sürətləndirilməlidir. Kürd məsələsi TBMM-nin həll edəcəyi bir məsələ olduğunu düşünərək “çözüm sürəci” məclisə həvalə edilməlidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net