Gəncə Dövlət Universitetini Elmar Vəliyev idarə edir?
Tarix: 31-03-2015, 09:11 | Çap et
Gəncə Dövlət Universitetini Elmar Vəliyev idarə edir?
Gəncə Dövlət Universitetində (GDU) baş verən özbaşınalıqlar və qanunsuzluqlar artıq pik həddə çatdığından işə Gəncənin icra başçısı Elmar Vəliyev qarışmalı olub. JAM.AZ-a məlumat verən Şamil Əliyev adlı şəxsin bildirdiyinə görə, GDU-nun rektoru Yusif Yusifovun son hərəkətlərindən sonra işə qarışan icra başçısı ondan kadr islahatları aparmasını tələb edib.

Məlumatda vurğulanır ki, Yusifovun dəyişmək istədiyi dekanlar sırasında ad çıxarmış və rektorun «sağ əli» kimi tanınanlar da var. JAM.AZ-a verilən məlumatda deyilir ki, onlar ÜTF və fizika fakültəsinin dekanı İldırım Qasımov, onun müavini Yəhya Namazov, Xarici dil fakültəsinin dekanı Əjdər Əskərov, Pedaqoji fakültənin dekanı Bayram Apoyevdir. «Rektorun özünün dediyinə görə, Bayram Apoyevi Cəfər İbrahimov, Əjdər Əskərovu Mehdi Rəhimov, İldırım Qasımovu Elcin Cavadov, Yəhya Namazovu isə Cabbar Qarayev əvəz edəcək».

Mənbə bildirir ki, Yusif Yusifovun yeni təyin edəcəyi kadrlar sabiq rektor Yadigar Əliyevin adamları kimi tanınırlar. Çünki zamanında onlar keçmiş rektoru aktiv şəkildə müdafiə edənlər olublar. «Məsələn, İldırım Qasımovu əvəz edəcək Elçin Cavadov Yadigar Əliyevin köməkçısi vəzifəsində çalışıb. Halbuki bir müddət əvvələ qədər bu şəxslərin hamısı incidilirdi. İndi isə yeni dekan seçiləcək şəxslərlə görüşərək, onlarla bundan sonra görəcəyi işləri müzakirə edib».

Xatırladaq ki, GDU-nun rektoru Yusif Yusifov bir müddət əvvələ qədər Gəncənin icra başçısı Elmar Vəliyev haqqında mətbuata məlumatlar sızdıran tərəf kimi təqdim edilirdi. Hətta onun yerli qəzetlərdən birində icra başçısının əleyhinə məqalə yazdırdığı da təsdiq edilmişdi. Görünür, rektorun apardığı mübarizə nəticəsiz qalıb ki, sonunda Elmar Vəliyevin «biəti»ni qəbul edib. Və görəcəyi işlər də «qorxu islahatı»ndan başqa bir şeyə bənzəmir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net