"Məni partlatmaq istəyirdilər" - Kadırov
Tarix: 30-07-2015, 13:10 |
Çap et
Çeçenistan dövlət başçısı Ramzan Kadırov deyib ki, bu yaxınlarda ona qarşı sui-qəsd təşkil olunubmuş.
Avropa.info xəbər verir ki, o, bu haqda “RİA Novosti” jurnalistinin son illər ona qarşı sui-qəsd təşkil olunması ilə bağlı suala cavab verərkən danışıb:
“Hadisə dörd ay əvvəl Çernoreçye yaşayış məntəqəsində baş verib. Mən hər dəfə oradakı obyekti yoxlayırdım. Orada olan borunu. Borunu minalamışdılar. Orada hər gün baxmaq üçün gəldiyim sahə vardı. Oranı da minalamışdılar”
Kadırov deyir ki, sui-qəsdi Həmzat Bityukayevə tabe olan bir dəstə silahlı törədib.
“Bityukayev gülməli, maraqlı, hələ çox cavan gəncdir. Meşəyə çəkilib və ona tapşırıq veriblər ki, Qroznıya gedib Kadırovu öldür. O, məni partlatmaq istəyirdi. Biz onların hamısını məhv etmişik, bircə Bityukayev sağ qalıb”.