Erməni sosioloqdan acınacaqlı STATİSTİKA: “Ölkədəki ailələrin çoxunun istirahət etmək imkanı yoxdur”
Tarix: 30-07-2015, 11:12 |
Çap et
Ermənistanın baş sosioloqu sayılan Aqaron Adibekyan ölkədəki sosial durumun acınacaqlı olduğunu bəyan edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Adibekyan erməni ailələrinin yalnız 15%-nin ölkə daxilində və xaricdə istirahət etmək imkanının olduğunu deyib.
“Müqayisə üçün sovet vaxtı bu rəqəm 60% idi. İndi isə150 min erməni hər il Gürcüstanda istirahət edir”. Adibekyan ölkəyə gələn xarici turistlərin say azlığından da danışdı. “Ötən il ölkəyə cəmi 500 min turist gəlib. Onların da 140 mini mehmanxanada qalıb”.
Sosioloq ölkədə mehmanxanaların yarımdolu olduğnu və bu sahədə də ciddi böhranın yaşandığını deyib.